"Kəpəz"i "Araz-Naxçıvan"la matça bu məşqçi çıxaracaq

Azər Məmmədovun baş məşqçi postundan istefasından sonra "Kəpəz"i qarşıdakı oyunlara kimin çıxaracağı bəlli deyildi.

Newsport.az-ın məlumatına görə, Gəncə təmsilçisi bu problemi həll edə bilib.

Belə ki, "Kəpəz"i Premyer Liqanın 13-cü turunun “Araz-Naxçıvan”la görüşünə hazırlayacaq, klubun baş məşqçi əvəzi postunu müvəqqəti olaraq kimə həvalə edəcəyi dəqiqləşib.

Həmin vəzifə müvəqqəti olaraq Azər Məmmədovun keçmiş köməkçisi Etibar İbrahimova tapşırılıb.

Qeyd edək ki, "Kəpəz" rəhbərliyi hazırda baş məşqçi axtarışlarını davam etdirir və buna görə bir neçə mütəxəssislə danışıqlar aparır.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right