"Vüqar Nadirov meydançaya çıxmağa hazır deyil"-Roman Qriqorçuk

Bu gün Azərbaycan Premyer Liqasında "Rəvan" öz meydanında "Qəbələ"ni qəbul edib.
 
Newsport.az-ın məlumatına görə, oyundan sonra "qırmızı-qaralar"ın baş məşqçisi Roman Qriqorçuk 3:0 hesablı qələbəni belə şərh edib:
 
“Biz hər oyun hücum futbolu oynayırıq. Qarşılaşmalara 4 hücumçu ilə çıxırıq. Vüqar Nadirovun oynamadığına gəlincə. Vüqar hələ meydançaya çıxmağa tam hazır deyil. Digər yeni transferimiz  Derlis Meza Kolli  isə artıq 1 oyunda meydançada olub. Lakin idmanda belə bir qayda var ki, futbolçu bir qədər dincəlməlidir.  Ona daha çox oynamaq şansı vermək istədim. Əsas məsələ "Krasnodar"la oyuna hazır olmasıdır. Onda hər şey qaydasındadır. Biz üç xal barəsində düşünürdük. Əsas fikrimiz bu idi. Hər iki cəbhədə mübarizə apardığımız üçün qələbə digər oyuna köklənmək baxımından önəmlidi".

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right