"Qarabağ"a qol vuran futbolçu "Liverpul"a keçə bilər

Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan "Bayer"in futbolçusu Florian Virts karyerasını İngiltərədə davam etdirə bilər.

Newsport.az xəbər verir ki, 20 yaşlı yarımmüdafiəçinin xidmətində "Liverpul" maraqlıdır. Bu barədə "Daily Star" nəşri məlumat yayıb.

Premyer Liqa təmsilçisi gənc vinger üçün qışda Almaniya klubuna rəsmi təklif göndərəcək.

Florian Virts "Bayer"in "Qarabağ"ı 5:1 hesabı ilə məğlub etdiyi matçda 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalmışdı.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right