Ruslan Abışov: "Onunla ilk görüşümüzdə qucaqlaşıb-görüşdük" MÜSAHİBƏ

Azərbaycan Premyer Liqasının VI turunda "Qəbələ” səfərdə "Rəvan”a 3-0 hesabı ilə qalib gəlib. Matçdan sonra "Qəbələ”nin yeni transferi Ruslan Abışov Newsport.az-ın suallarını cavablandırıb: 

 
-İlk öncə qarşılaşma haqqında fikirlərinizi bilmək istərdik...

-Çətin oyun olacağını bilirdik. Çətin oyunlara öyrəşmişik. Çünki çempionatda asan rəqib yoxdur. Biz bu oyuna çox ciddi hazırlaşmışdıq. "Rəvan” kimi komandalar bəzən müdafiəyə üstünlük verirlər. Ona görə də, oyunu açmaq üçün erkən qol vurmalısan. Düzdü qolumuz gecikdi. Amma ilk hissədə səssizliyi pozduq. Bundan sonra da, daha rahat oynadıq.  İkinci qoldan sonra isə oyunun taleyini həll etmişdik.
 
-Öz oyunun barədə nə deyə bilərsən? Tam forma yığdığını düşünürsənmi?
-Biraz zamana ehtiyyacım var. Keçmişlə bağlı heç nə danışmaq istəmirəm.  Bundan sonra öz oyunum barədə fikirləşməliyəm. Yaxşı formaya düşüb milli komandanın əsas heyətinə düşməyə də çalışacağam.
 
-Məlumdur ki, Avropa Liqasında oynaya bilməyəcəksən. Bu hal sənin motivasiyana təsir etməyəcək?
-Əlbəttə komandaya kömək etməyi çox istəyərdim. Amma barışmalıyıq. Komandamın qrupdan çıxacağına inanıram. 
 
-"Qəbələ”nin çempionluq uğrunda əsas rəqibi kimi, hansı komandanı görürsən?
-"İnter”, "Qarabağ” və "Neftçi”ni  çempionluqda əsas rəqib kimi görürəm. Amma yenə deyirəm, qarşıda uzun marafon var. Bu oyunlarda maksimum xallar qazanıb, istəyimizə çatmalıyıq. 
 
-Çempionluğa konkret bir rəqib görmürsən?
-Əlbəttə ki, indidən ad demək çətin məsələdi. İndiki vaxtda autsayder də, güclü komandada xal almağa qadirdi. 
 
-Mövsümün sonunda "Qəbələ”ni "Xəzər Lənkəran”a dəyişdin. İndi isə "Qəbələ”dəsən Komandada hansı dəyişiklikləri görürsən?
-Komanda oyun fəlsəfəsinə görə, daha da inkişaf edib. Zamanla hər şey daha yaxşı olacaq. Məncə "Qəbələ” yüksək səviyyəli komanda olacaq. Həm oyununa, həm də oyun fəlsəfəsinə görə.
 
-Qriqorçukun sənə qarşı münasibətində hər-hansı dəyişiklik hiss etmirsən?
-İlk görüşümüzdə onunla qucaqlaşıb-görüşdük. Keçmişdə olanlar keçmişdə qalıb. İndi bizim yaxşı münasibətimiz var. Belə məşqçi ilə işləmək mənə zövq verir. Çünki onun təcrübəsindən öyrənəcəyim çox şey var.  





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right