"Qəbələ" "Neftçi" önünə itkilərlə çıxacaq

"Qəbələ" bu gün Azərbaycan Premyer Liqasının 12-ci turunda "Neftçi" ilə qarşılaşacaq. 

Newsport.az xəbər verir ki, Elmar Baxşıyev bir neçə futbolçunun xidmətindən istifadə edə bilməyəcək.

Belə ki, bərpa prosesini davam etdirən Feras Abu Akal və Emil Səfərov, həmçinin komanda ilə məşqlərə yeni qoşulan Asif Məmmədovun bu görüşdə oynamayacağı gözlənilir.

Qeyd edək ki, "Qəbələ" - "Neftçi" görüşü saat 16:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right