Bu gün Əvəzedicilər Liqasında XII tura start veriləcək. Newsport.az xəbər verir ki, birinci oyun günündə 2 qarşılaşma baş tutacaq.
"Səbail"in əvəzedicilərindən ibarət komanda autsayder "Turan Tovuz-2"ni qəbul edəcək. Yarışın lideri "Neftçi-2" isə Qəbələ səfərinə yollanacaq. Turun digər oyunları 5 və 6 noyabrda baş tutacaq.
Əvəzedicilər Liqası
XII tur
4 noyabr (şənbə)
15:00. "Səbail-2" - "Turan Tovuz-2"
Baş hakim: Səbuhi Bayramov
"ASCO Arena".
15:00. "Qəbələ-2" - "Neftçi-2"
Baş hakim: Kamran Əliyev
Qəbələ şəhər stadionu (ehtiyat meydança).
Turun digər oyunları:
5 noyabr (bazar)
13:00. "Sumqayıt-2" - "Araz Naxçıvan-2"
Baş hakim: Vüqar Həsənli
"Kapital Bank Arena" (ehtiyat meydança).
13:00. "Kəpəz-2" - "Qarabağ-2"
Baş hakim: Elvin Bayramov
Gəncə şəhər stadionu (ehtiyat meydança).
6 noyabr (bazar ertəsi)
14:00. "Sabah-2" - "Zirə-2"
Baş hakim: Kamil Aydınov
"ASK Arena".