Azərbaycan Premyer Liqasında 12-ci turun oyunları davam edir.
Newsport.az xəbər verir ki, bu gün iki qarşılaşma baş tutacaq.
Günün ilk matçında "Qarabağ" Tofiq Bəhramov adına Respublika stadionunda "Kəpəz"i sınağa çəkəcək. Oyun saat 16:00-da başlayacaq.
İkinci görüşdə isə "Sumqayıt" "Araz-Naxçıvan"ı qəbul edəcək. "Kapital Bank Arena"dakı qarşılaşma saat 18:00-da start götürəcək.
Azərbaycan Premyer Liqası
XII tur
16:00. “Qarabağ” – “Kəpəz” 7:1
Qollar: Yassin Benzia, 2, 15, 43, Toral Bayramov, 12, Juninyo, 36, Leandro Andrade, 51, Nəriman Axundzadə, 63 - Adama Niane, 18
Hakimlər: Emin Əliyev, Müslüm Əliyev, Rahil Ramazanov, Rəvan Həmzəzadə.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Anar Şixəliyev.
Tofiq Bəhramov adına Respublika stadionu
18:00. “Sumqayıt” – “Araz-Naxçıvan” 2:0
Qollar: Rövlan Muradov, 15, Roi Kehat, 69
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Teymur Teymurov, Fərid Hacıyev.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Emin Cəfərov.
“Kapital Bank Arena”