“Neftçi”nin avtobusu qəzaya düşüb

“Neftçi”nin əsas komandasını daşıyan avtobus bu gün Qəbələyə yola düşərkən qəzaya düşüb.

Bu barədə Newsport.az-a Bakı klubundan məlumat verilib.

Bildirilib ki, hadisə Bayıl qəsəbəsində qara rəngli “Hyundai” markalı avtomobilin ehtiyatsızlığı səbəbindən baş verib. Xoşbəxtlikdən hər iki tərəfdə xəsarət alan olmayıb.

Qeyd edək ki, “Neftçi” Azərbaycan Premyer Liqasının XII turunda Qəbələnin qonağı olacaq. Noyabrın 5-də keçiriləcək qarşılaşma saat 16:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right