Minifutbol üzrə Azərbaycan millisi Birləşmiş Ərəb Əmirliklərinin Ras Əl-Xayma şəhərində təşkil olunan dünya çempionatında bu gün yarımfinal oyununa çıxacaq.
Newsport.az xəbər verir ki, Elşad Quliyevin rəhbərlik etdiyi son Avropa çempionu Qazaxıstan yığması üz-üzə gələcək. Oyun Bakı vaxtı ilə saat 20:30-da başlayacaq..
Qeyd edək ki, qrupda İraq (2:0), Misir (4:1) və Küveytə (3:1) qalib gələn Azərbaycan millisi 1/8 finalda Portuqaliya (3:0), 1/4 finalda isə Bolqarıstanı (3:1) mübarizədən kənarlaşdırıb.
3 noyabr
Minifutbol, dünya çempionatı
Yarımfinal mərhələsi
20:30 Azərbaycan - Qazaxıstan 2:3
Qollar: Eşqin Tağıyev, 18, 50 - Nursultan, 29, S.Janibek, 41