Bu gün Azərbaycan Premyer Liqasında XII tura start veriləcək.
Newsport.az xəbər verir ki, Peşəkar Futbol Liqasının (PFL) yaydığı məlumata əsasən, bu tur "Zəfər Turu" elan edilib.
Buna səbəb 2020-ci ilin 27 sentyabrında başlayan, 44 gün davam edən Vətən müharibəsinin 3-cü ildönümünün qeyd olunması ilə bağlıdır.
"Zəfər Turu"nun birinci oyun günündə 1 qarşılaşmanın keçirilməsi nəzərdə tutulub. Ötən tur qərb derbisi çərçivəsində "Kəpəz"i darmadağın edən "Tovuz" (0:4) bu dəfə səfərdə "Səbail"in qonağı olacaq.
Hazırda Tovuz klubu ölkə çempionatının turnir cədvəlində 15 xalla altıncı, Bayıl təmsilçisi isə 18 xalla dördüncüdür.
Premyer Liqa
XII tur
3 noyabr (cümə)
19:00. "Səbail" - "Turan Tovuz" 2:1
Qollar: Otto Con, 26 (0:1), Rüfət Abdullazadə, 47 (1:1), Aleksandr Ramalinqom, 77-pen. (2:1)
"ASCO Arena".
Turun digər oyunları:
4 noyabr (şənbə)
16:00. "Qarabağ" - "Kəpəz"
Tofiq Bəhramov adına Respublika Stadionu.
18:00. "Sumqayıt" - "Araz Naxçıvan"
"Kapital Bank Arena".
5 noyabr (bazar)
16:00. "Qəbələ" - "Neftçi"
Qəbələ şəhər stadionu.
18:30. "Sabah" - "Zirə"
"Bank Respublika Arena".