"Neftçi"nin futbolçusu Qara Qarayev zədələnib.
Newsport.az-ın məlumatına görə, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 31 yaşlı yarımmüdafiəçidə mikro zədə aşkarlanıb. Onun Misli Premyer Liqasının 12-ci turunda "Qəbələ" ilə matçda oynayıb-oynamayacağı hələlik məlum deyil.
Həmçinin komandanın digər futbolçularından qapıçı Emil Balayev də zədəlidir. Eddi İsrafilov və Andre Şinyaşiki isə artıq komanda ilə məşqləri bərpa ediblər.
Ötən turda qırmızı vərəqə alaraq meydandan qovulan Yuri Matias da "Qəbələ" ilə matçı buraxacaq.
Qeyd edək ki, "Qəbələ" - "eftçi" oyunu noyabrın 5-də keçiriləcək və saat 16:00-da start götürəcək.