"Turan Tovuz" "Səbail"ə matça itki ilə çıxacaq

Premyer Liqanın XII turunda "Səbail"in qonağı olacaq "Turan Tovuz" "dənizçilər"lə oyunun hazırlıqlarını tam heyətlə davam etdirə bilmir. Newsport.az xəbər verir ki, bölgə komandasının bir neçə oyunçusu "dənizçilər"lə görüşü buraxa bilər.
 
Belə ki, Piruzi Marakvelidze və Slavik Alxasov zədə səbəbindən "Səbail"ə qarşı oynamayacaqlar. Zədələri tam sağalmayan Emmanuel Hakmanla Şəhriyar Əliyevin meydana çıxıb-çıxmayacağı isə oyun günü bilinəcək.
 
Qeyd edək ki, "Səbail" - "Turan Tovuz" qarşılaşması sabah "ASCO Arena"da keçiriləcək. Oyunun start fiti 19:00-da səsləndiriləcək.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right