"Qəbələ"nin "Olimpiakos"la oyununa hakim təyinatları bilindi

“Qəbələ”nin U-19 komandasının UEFA Gənclər Liqasının Çempionlar yolunun 2-ci mərhələsində keçirəcəyi ilk oyunun hakimləri müəyyənləşib. 

Newsport.az klubun saytına istinadən xəbər verir ki, “qırmızı-qaralar”ın Yunanıstan təmsilçisi “Olimpiakos”la ilk görüşünü Gürcüstandan olan ədalət təmsilçiləri idarə edəcək.

Noyabrın 8-dəki matçın baş hakimi Qoqa Kikaçeişvili olacaq. Ona həmyerliləri David Axvlediani və Davit Qabisoniya kömək edəcəklər.

Xatırladaq ki, Qəbələ şəhər stadionunda keçiriləcək matç saat 16:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right