Qarabağ - Neftçi oyunu Dalğa Arenada

Azərbaycan Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə çempionatının 6-cı turu çərçivəsində "Qarabağ" və "Neftçi" arasındakı oyunun harada keçiriləcəyi müəyyənləşib.

Newsport.az-ın məlumatına görə, bu qarşılaşma "Dalğa Arena"da baş tutacaq.

Bu barədə Peşəkar Futbol Liqasından məlumat verilib. Qarşılaşma saat 17:30-da start götürəcək.

Qeyd edək ki, bu iki klubun əsas komandaları arasında Azərbaycan Premyer Liqası çərçivəsində sabah keçirilməli olan qarşılaşmanın yeri isə hələ müəyyənləşməyib. İstisna deyil ki, əsas komandalar da məhz bu stadionda üz-üzə gəlsinlər.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right