Leon Klassen "Neftçi"dən aldığı təklifdən danışdı

"Spartak"ın futbolçusu Leon Klassen "Neftçi" ilə danışıqlar apardıqlarını təsdiqləyib.

Newsport.az Rusiya mətbuatına istinadən xəbər verir ki, o, bu haqda Moskva klubunun saytına müsahibəsində bildirib.

"Neftçi"yə icarə qaydasında keçmək məsələsi? Belə bir variant həqiqətən var idi. Amma alınmadı. Ona qədər İsveçrəyə getməyə də yaxın idim. Amma klublar razılığa gələ bilmədilər" - deyə Klassen bildirib.

Qeyd edək ki, Almaniyada doğulan Klassenin "Spartak"la müqaviləsi 2025-ci ilin iyununda başa çatır.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right