"İnter" "Kəpəz"ə, "Qəbələ" "Rəvan"a qalib gəldi YENİLƏNİB

Bu gün Azərbaycan Premyer Liqasında VI tura start veriləcək.

Newsport.az-ın məlumatına görə, ilk oyun günündə iki qarşılaşma keçiriləcək.

“İnter” öz meydanında “Kəpəz”i qəbul edəcək.  Liderlik uğrunda “Qarabağ”la mübarizə aparan paytaxt klubu Gəncə təmsilçisi ilə oyunda favorit sayıla bilər.  

Günün digər görüşü də paytaxtda baş tutacaq.  “Rəvan” Avropa Liqasının qrup mərhələsində mübarizə aparan “Qəbələ”ni qəbul edəcək. Roman Qriqorçukun komandası səfər matçından qələbə ilə ayrılsa, müvəqqəti də olsa xalını lider  “Qarabağ”la bərabərləşdirəcək.

Turun digər oyunları sentyabrın 26-27-də keçiriləcək. 



25 sentyabr (cümə)

“İnter” – “Kəpəz” 1:0

Qol: Dieqo Martins, 53

Hakimlər: Rauf Cabbarov, Yaşar Abbasov, Nahid Əliyev, Ziya Nəsirov

“İnter Arena” 
“Rəvan” – “Qəbələ”  0:3

Qol: Dodo, 39, Samir Zərgərov, 57, Qay, 77
Hakimlər:
 Elvin Əsgərov, Namiq Hüseynov, Rahil Ramazanov, Mehman Mahmudov
“Bayıl Arena”

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right