“Zirə”nin legioneri: “Bakı gözəl şəhərdir, burada ucuzluqdur”

“Bakı gözəl şəhərdir və burada ucuzluqdur”.

Newsport.az xəbər verir ki, bunu “gsp.ro” saytına açıqlamasında “Zirə”nin futbolçusu Stefan Aka deyib.

Kot-d'İvuardan olan müdafiəçi Azərbaycanda işlərinin yolunda getdiyini bildirib: “Burada çox xoşbəxtəm, işlərim yaxşı gedir. “Zirə”nin əksər matçlarında meydana çıxıram. Hazırda da Premyer Liqada birinci yerdəyik”.

Qeyd edək ki, Stefan Aka bu mövsüm Premyer Liqada 7 oyun keçirib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right