AFFA əməkdaşları UEFA seminarında

Sentyabrın 23-dən etibarən Xorvatiyanın Dubrovnik şəhərində UEFA-nın bütün üzv assosiasiyalarının nümayəndələrinin iştirakılə UEFA-nın “Klubların Lisenziyalaşdırılması və Maliyyə Fair Play-i” mövzusunda seminarı keçirilir.
Newsport.az-ın məlumatına görə,  sentyabrın 23-dən etibarən Xorvatiyanın Dubrovnik şəhərində UEFA-nın bütün üzv assosiasiyalarının nümayəndələrinin iştirakılə UEFA-nın “Klubların Lisenziyalaşdırılması və Maliyyə Fair Play-i” mövzusunda seminarı keçirilir.

UEFA-nın üzvlərindən əlavə, Avropa futbol təşkilatının dəvətilə digər Konfederasiyaların nümayəndələri (FİFA, AFC, CAF, CONCACAF və OFC) də tədbirdə iştirak edirlər.

AFFA-nın Lisenziyalaşdırma Qrupunun rəhbəri Elçin Məmmədov, lisenziyalaşdırma üzrə ekspertlər Bəhram Dadaşov və Aynur Abdullayevanın iştirak etdiyi seminarda aşağıdakı mövzular müzakirə olunur:

• Ötən lisenziyalaşdırma mövsümünün icmalı
• UEFA-nın Klubların Lisenziyalaşdırılması və Maliyyə Fair Play-i üzrə qaydalarında baş vermiş dəyişikliklər
• UEFA tərəfindən hazırlanmış, Avropanı əhatə edən Lisenziyalaşdırma üzrə statistik hesabatın təqdimatı
• UEFA-nın və müxtəlif federasiyaların əməkdaşları arasında ikitərəfli görüşlər

 
Seminarın ilk günündə təşkilatçıların təşəbbüsü ilə 4 ölkəni təmsil edən Lisenziyalaşdırma şöbələrinin rəhbərləri lisenziyalaşdırma sisteminin tətbiqi ilə bağlı fikirlərini tədbirin digər nümayənədələri ilə bölüşüb və müxtəlif sualları cavablandırıblar. Xorvatiya, Kipr və İslandiyanı təmsil edən nümayəndələrlə bərabər AFFA-nın Lisenziyalaşdırma qrupunun rəhbəri Elçin Məmmədov da müzakirələrdə iştirak edib.

Qeyd edək ki, seminar sentyabrın 25-də başa çatacaq.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right