"Qəbələ"nin "Olimpiakos"la oyunlarının vaxtları açıqlandı

"Qəbələ"nin 19 yaşadək futbolçulardan ibarət komandasının UEFA Gənclər Liqasının Çempionlar yolunun ikinci təsnifat mərhələsində keçirəcəyi matçlarının məkanı və vaxtı dəqiqləşib.

Newsport.az xəbər verir ki, "Olimpiakos"a qarşı noyabrın 8-də keçiriləcək ilk görüş Qəbələ şəhər stadionunda olacaq. Qarşılaşmaya 16:00-da start veriləcək. Pireydəki cavab görüşü isə noyabrın 29-a planlaşdırılıb. "Olimpiakos" məşq mərkəzində baş tutacaq görüş 19:00-da başlayacaq. 

"Qəbələ" ilk təsnifat mərhələsində "Puşkaş Akademiya"nı mübarizədən kənarlaşdırıb (1:1, 1:0).





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right