Təmkin Xəlilzadə baxımlı qol vurdu, Azərbaycan qalib gəldi

Minifutbol üzrə Azərbaycan milli komandası BƏƏ-nin Ras Əl-Xayma şəhərində təşkil olunan dünya çempionatında növbəti qələbəsini qazanıb. 

Newsport.az xəbər verir ki, Elşad Quliyevin rəhbərlik etdiyi kollektiv Misirlə qarşılaşıb. 

Görüş millimizin 4:1 hesablı qələbəsi ilə başa çatıb. Qolları Rəvan Kərimov (2), Seymur Məmmədov və Təmkin Xəlilzadə vurublar.

Aktivindəki xallarının sayını 6-ya çatdıran yığmamız qrup birinciliyini təmin edərək 1/8 finala vəsiqə qazanıb. 

Azərbaycan millisi qrupdakı sonuncu görüşünü oktyabrın 31-də Küveytə qarşı keçirəcək. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right