Azərbaycanlı jurnalistlər Gürcüstanda üçüncü oldular

Gürcüstanın Tbilisi şəhərində Beynəlxalq Media Kuboku futbol turniri keçirilib.

Newsport.az-ın məlumatına görə, məşhur futbol şərhçisi Kote Maxaradzenin xatirəsinə həsr olunan yarışda Azərbaycan da çıxış edib.

8 ölkənin təmsil olunduğu tunririn B qrupunda komandamız Rumıniya, Qazaxıstan və Gürcüstan 2 ilə üz-üzə gəlib. Təmsilçilərimiz inamlı çıxışla 6 xal toplayaraq qrupdan çıxıb.

Finalın bir addımlığında rəqib Gürcüstanın əsas komandası olub. Gərgin keçən görüşdə qonşularımız 3:2 hesabı ilə qalib gəlib. Yekunda komandamız turniri mükafatçılar sırasında, 3-cü yerdə bitirib.

Qeyd edək ki, yarış bir neçə ildir təşkil olunur. İdman jurnalistlərindən ibarət heyət Gənclər və İdman Nazirliyi,Azərbaycan İdman Jurnalistləri İB-in dəstəyi ilə turnirdə iştirak edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right