"Qarabağ" - "Neftçi" oyununun yeri və vaxtı niyə açıqlanmır?

Azərbaycan Premyer Liqasının 6-cı turunun oyun cədvəli açıqlansa da, mərkəzi qarşılaşma olan "Qarabağ" - "Neftçi" duelinin yeri və vaxtı göstərilməyib.

Newsport.az-ın məlumatına görə, PFL-in rəsmi saytı məsələyə "görüşünün yeri və vaxtı dəqiqləşdikdən sonra bu barədə məlumat veriləcək" şəklində aydınlıq gətirib. 

Əldə etdiyimiz bilgiyə görə, bu, "Qarabağ"ın ev oyununu məhz Suraxanıdakı yeni stadionunda keçirmək istəməsi, amma PFL_in ora göndərdiyi təftiş qrupunun arenanın sırf bu oyun üçün hazır olmaması qənaətinə gəlməsidir. Tərəflər arasında müzakirələr artıq son mərhələyə çatıb. Oyun sentyabrın 26-da olacağından uzağı sabaha qədər məsələyə aydınlıq gəlməlidir. Həm televiziya maraqlarına görə, həm də qonaq komandanın haqqı olan oyunöncəsi 1 saatlıq məşqə görə. 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right