Zirədə heç-heçə, "Turan Tovuz" "Kəpəz"i darmadağın etdi Yenilənib

Futbol üzrə Azərbaycan Premyer Liqasında 11-ci tura start verilir.

Newsport.az-ın məlumatına görə, İlk oyun günündə iki qarşılaşma baş tutacaq.

Günün ilk görüşündə lider "Zirə" "Səbail"i qəbul edəcək. Paytaxt təmsilçilərinin dueli saat 16:00-da başlayacaq.

İkinci qarşılaşmada isə "Turan Tovuz" doğma meydanda "Kəpəz"i sinağa çəkəcək. Qərb derbisi saat 19:00-da start götürəcək.

Azərbaycan Premyer Liqası, XI tur

16:00. “Zirə” – “Səbail” 2:2
Qollar:
 İssa Cibrilla, 19, Rüstəm Əhmədzadə, 78 - Pedro Nuno, 31, 34
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Müslüm Əliyev, Kamran Əliyev.
Hakim-inspektor: Barış Şimşək.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Zirə İK stadionu.

19:00. “Turan Tovuz” – “Kəpəz” 4:0 

Qollar: Otto Con, 45, Roderik Miller, 54, Sərtan Taşkın, 58, Paçu, 68
Hakimlər: İnqilab Məmmədov, Zöhrab Abbasov, Teymur Teymurov, Nicat İsmayıllı.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev.
Tovuz şəhər stadionu.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right