Dadaşovun komandası Superliqada növbəti matçına çıxacaq

Azərbaycan milli komandasının forvardı Renat Dadaşovun formasını geyindiyi "Hatayspor" bu gün Türkiyə Superliqasında növbəti matçını keçirəcək. 

Newsport.az xəbər verir ki, Dadaşovun komandası 10-cu turda "Kayserispor"la qarşılaşacaq. Qarşılaşmaya 21:00-da start veriləcək.

"Hatayspor" 9 turdan sonra 14 xalla 7-ci pillədədir. "Kayserispor" isə 9-cu pillədə qərarlaşıb.

Dadaşov bu mövsüm meydana çıxdığı beş matçda iki qol vurub. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right