“Sumqayıt”ın legioneri əməliyyat olundu

“Sumqayıt”ın müdafiəçisi İsa Suliman əməliyyat olunub.

Newsport.az  xəbər verir ki, Premyer Liqanın 10-cu turunun “Sabah”la oyununda zədələnən pakistanlı futbolçuya medial menisk yırtığı diaqnozu qoyulub.

Türkiyənin paytaxtı Ankara şəhərindəki “Acıbadem” xəstəxanasında tanınmış cərrah Prof.Dr. Mehmet Serdar Binnet tərəfindən aparılan əməliyyat uğurlu keçib.

Artıq bu gün Sumqayıta dönəcək müdafiəçinin reabilitasiyasına burada davam ediləcək. Onun ən gec iki ay ərzində yenidən tam gücü ilə çalışmalara başlayacağı gözlənilir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right