Alonso oyundan sonra “Qarabağ”ın futbolçusunu bağrına basdı Foto

Avropa Liqasının qrup mərhələsində “Qarabağ” dünən səfərdə “Bayer”lə qarşılaşdı. Hazırda Almaniya bundesliqasının lideri olan Leverkuzen təmsilçisi ilə matçda Ağdam komandası 1:5 hesablı məğlubiyyətə uğradı.

Newsport.az xəbər ki, bu matçın bir iştirakçısı Almaniyada çoxunun diqqət mərkəzində olub. Söhbət “Qarabağ”ın qapıçısı Andrey Lunyovdan gedir. Rusiyalı qapıçı bu yay “Qarabağ”a keçənə qədər “Bayer”in oyunçusu olub. O, 2021-23-cü illərdə Leverkuzen təmsilçinin ikinci qapıçısı kimi çıxış edib. Lunyov bir müddət “Bayer”in hazırkı baş məşqçisi Xabi Alonsonun rəhbərliyi altında da oynayıb.

Qeyd edək ki, ispan mütəxəssis dünənki matçdan sonra meydana daxil olaraq komandasının üzvlərini təbrik edib. Bu zaman isə o, Lunyovla da rastlaşıb. Həmin an hər iki şəxs səmimi şəkildə görüşərək bir-birilərini bağrına basıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right