Azərbaycan millisi yoldaşlıq oyununda məğlub olub

Birləşmiş Ərəb Əmirliklərinin Ras Əl-Xayma şəhərində təşkil olunacaq dünya çempionatında iştirak edəcək minifutbol üzrə Azərbaycan millisi yoldaşlıq oyunu keçirib.

Newsport.az-ın məlumatına görə, Elşad Quliyevin baş məşqçisi olduğu kollektiv Çexiya ilə üz-üzə gəlib.

Qarşılaşma rəqibin 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, dünya çempionatına bu gün start verilir. G qrupunda yer alan Azərbaycan millisi ayın 27-də İraq, 29-da Misir, 31-də isə Küveytlə qarşılaşacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right