Çelenc Kuboku: "Xarı Bülbül" cavab oyununa çıxacaq

Bu gün kişi voleybolçulardan ibarət "Xarı Bülbül" komandası Çelenc Kubokunda növbəti oyununu keçirəcək.

Newsport.az-ın məlumatına görə, Şuşa təmsilçisi 1/32 finalın cavab oyununda Slovakiyanın "TJ Spartak" klubu ilə üz-üzə gələcək.

Bakıdakı Voleybol Mərkəzində reallaşacaq qarşılaşma saat 18:00-da start götürəcək. "Xarı Bülbül" ötən gün eyni arenada baş tutan ilk matçda inamlı qələbə qazanıb - 3:0.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right