"Qəbələ"nin rəqibi müəyyənləşdi

UEFA Gənclər Liqasında "Puşkaş Akademiya"ya qalib gələn “Qəbələ”nin növbəti rəqibi müəyyənləşib.

Newsport.az xəbər verir ki, bölgə təmsilçisi 2-ci mərhələdə "Olimpiakos"la qarşılaşacaq.

Yunanıstan klubu ilk mərhələdə İtaliya “Leççe”sini hər iki oyunda 3:1 hesabıyla məğlub edib.

Beləliklə, bu komanda ilə Çempionlar yolunun 2-ci mərhələsi çərçivəsində ilk oyun noyabrın 8-də Qəbələdə, cavab matçı noyabrın 29-da Yunanıstanda təşkil ediləcək.

Xatırladaq ki, Azərbaycan futbolu tarixində 2-ci dəfə komandamız mərhələ adlayıb. Hər iki uğura “Qəbələ” imza atıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right