AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində noyabrın 16-da, saat 21:00-da, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan – İsveç oyununun biletləri satışa çıxarılıb.
Newsport.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Biletlərin satış qiymətlərini və əldə edə biləcəyiniz ünvanları diqqətinizə çatdırırıq:
1-ci Kateqoriya – 15 AZN
2-ci Kateqoriya – 10 AZN
3-cü Kateqoriya – 5 AZN
VİP – 30, 50, 200 AZN
iTicket.az satış məntəqələri:
Gənclik Mall
28 Mall
Heydər Əliyev Sarayı-nın kassası
Köşk No1 (Sahil m. M.Rəsulzadə 3)
Köşk No2 (Bülbül prospekti, Nizami küç.)
1 Saylı ASAN xidmət mərkəzi
2 Saylı ASAN xidmət mərkəzi
3 Saylı ASAN xidmət mərkəzi
4 Saylı ASAN xidmət mərkəzi
1 Saylı Sumqayıt Regional ASAN xidmət mərkəzi