6 il, yenə ‘Viktoriya’ və Şahın totemi

Oyundan öncə `Qarabağ` fədaisi birindən sms gəldi:` Abi, bu oyun totem edəcəm. ÇL-ə düşsək demək ki, sən də geri dönəcəksən`..
 
Ürəyi `Qarabağ`la döyünən, iztirablı, məşəqqətli ömrünün bəlkə də nadir sevinc bağlarından birinin sevdiyi komandası üçün mənimlə bağlı bu inancı, cəhdi bir qədər duruxdurmuşdu məni..
 
.. Sadəcə, 2 gün öncə mənə `Qarabağ`da olarkən ən üzüldüyün hansı oyun olmuşdu sualına tərəddüdsüz `Viktoriya` demişdim..
 
..İndi, ürəyi `Qarabağ`la riqqətlənən birinin inancı həyatımda ən çox üzüldüyüm komandayla oyuna düşmüşdü.  2016-cı ildə ÇL- təsnifatında Bakıda `Viktoriya`ya  uduzduqdan sonra mətbuat konfrasında göz yaşlarımı tuta bilməmişdim. Oyundakı nəticə hamını məyus etmişdi. Matçdan sonra o zaman azyaşlı Musa atasına yanaşdı, `niyə` dolu baxışlarla. Qurbanov gülümsədi, oğluna sarıldı və mətbuat konfransına daxil oldu. Qurban Qurbanova bugün niyə uda bilmədik sualına Qurbanovun `biz niyə uda bilmədik` təkrarında yarandı. Qurbanovun hər zaman sakit, daxili təlatümünü cilovlayan soyuq təmkinində ani qırılma oldu,  səsindəkı ağırlıq və bir qədər qırılma məni səssiz göz yaşlarına boğdu. 
 
Məsələ, məğlubiyyətdə deyildi, əlbəttə..Onun  ata kimi ümid verən amma kədərli təbəssümü və baş məşqçi kimi sualı təkrar etməsi o qədər eyniyyətdə idi ki,  onun ağırlığı məni boğmuşdu..
 
..Eyniylə  bugünkü oyunda 1 insanın totem damğası altında sevdiyi komandasını, dəyər verdiyi 1-inin dönüşünə bağlamaq qədər cəsarəti və fədakarlığı məni 6 il öncəsinə aparmışdı. O `Viktoriya`dan bu `Viktoriya`dan həyatımda önəmli dəyişiklik olmuşdu, amma duyğu yenə də o idi..
 
..İçimdə 1 ağırlıqla ətrafımda insanlar `Qarabağ` qol deyə sevinəndə totemin ağırlığı və hocanın oğluna sarılması bir-birinə qarışırdı.   Sonra İnsan kimi çox sevdiyim, qapıçı kimi də böyük xarakter saydığım Şahın o çıxışı sanki totemə qarşı idi. 
 
..2-ci qoldan sonra son  20 ayda nə sevinib, nə də üzülə bilmədiyim `Qarabağ` üçün dua etməyə başladım. Nə üçün? Kim üçün? 
 
Bilmirəm.. Amma dəqiq bildiyim özüm üçün deyildi.  
 
Bəlkə, də oyundan əvvəl bunun üçün totem edəcəm deyən birinin xəyal qırıqlığına uğramaması idi daha incidici, üzücü..
 
Bəlkə də, bəlkə də, `Viktoriya` dedi ki.. 
 
Bu `dedi`nin totemin ağırlığı yox buna sevgisi və ümdə inancının qırılmasi üzüntüsü idi..
 
Amma, ən ağır `totem` oyunsonrası  Qurbanovun görünüşü idi. Eyni 6 il öncə, eyni `Viktoriya` ilə oyun kimi., Ağır, təlatümünü  çatma qaşlarının altında gizlətməyə çalışan amma olduqca məğrur..Bu ildə  6 ildə Qurban bəlkə də erkən ağaran saçlarının verdiyi gərgin əmək, zəhmət nəticəsində bizə xəyal olan Çempionlar Liqasına da düşdü, avrokuboklarda play-off da yaşadı.. Dayanacaqmı?  İnanmıram..
 
O yenə pafosa sığınmadan gecə-gündüz çalışacaq, bəlkə də  daha böyük uğurlara imza atacaq, amma yenə də nə üzüntüsünü xalqın ümidlərinin üzərinə çıxaracaq, nə də sevincini üzə verəcək..
 
..Oyuna  getməmişdən qabaq zəng edib vəziyyətimlə maraqlanacaq qədər bu xalqın adamıdı Qurbanov.. Ki, hazırda hamıdan çox üzülən amma ətrafındakılara bunu sezdirməməyə çalışıb sabah bu xalqa daha böyük sevinci yaşatmaq üçün kədərini boğacaq qədər böyükdü bu adam.. Eyniylə, maçın sonunda duruşundakı kimi..Üzüntüsü təmkinində gizlədən və məğrur..
 
..Oyundan sonra sms gəldi:` Totemə görə bağışlayın`..
 
Nurlan İbrahimov




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right