Səni google-a yazdım....

"Neftçi". Bu adın ətrafında son günlər çox söhbətlər dolaşmaqdadı. Könhə rəhbərlik belə getdi, ay nə bilim təzəsi filan elədi. Nağılbazların sino getdiyi mövzulardı bunlar həzərat. "Kişi" sözünü çox işlətməmək şərtilə bəzi mətləblərə aydınlıq gətirək. "Arena" verilişində Tahir Süleymanovun danışdıqları özünün də inanmaq istədiyi şeylərdi. Fəqət ağız üçün əsas olan gerçək, göz üçün vacib isə göyçəkdi. Əvvəlcə Tahir bəy hücuma struktur dəyişikliyindən başlamaqla təzə rəhbərliyin xırda-para işlərlə məşğul olduğunu dedi. Xatırladım ki, məhz sizin vitse-prezident olduğunuz dövrdə "Neftçi" azarkeşləri kütləvi şəkildə həbs edilməyə başladı. "Xəzər Lənkəran" azarkeşləri ilə "Neftçi"ni düşmən dərəcəsinə gətirən mən idim? Bu həmin müdafiə etdiyiniz mühafizə xidməti idi ki, "avtoritet", "şilləvuran" adı ilə məşhurlaşmışdı. Duruxdunuz? Hə amma bu hələ başlanğıcdı. Futbolçular yüz minlik müqaviləyə imza atanda umsuna-umsuna yeməkxananın iyi ilə "şişən" fəhlələrin ahı necə? Bəli, indi onlar özlərini tam hüquqlu işçi kimi hiss edir. Nədi? Sizin mədəniz onlarınkından daha böyük idi? Aylarla maaşı gecikən işçilərin önünə çıxıb problemləri ilə maraqlandınızmı? Gündə 10 dənə iclas eləmək əvəzinə bir yaralı barmağı sarıdınızmı? İndi hansı ab-havadan danışırsınız? Adi hörmətin olmadığı kollektivdə, süni gülüşlərin qulaq batırdığı yerdə hər hansı uğur ola bilməzdi. Bütün oyunlardan sonra "Neftçi" uduza bilməz illüziyasını yaratmaqla komanda qurulmur. İki sözdən bir "sağolsun" deməklə deyil ki. Yağır etmişdiniz mətbuatı. Komanda tək qalıb deyirsiz. Nədi? İndiki rəhbərlik paltardəyişmə otağına girib baş məşqçinin işinə qarışmır deyə qıcıqlanırsız? Klubdan uzaqlaşdırılmış üç futbolçu haqında fikir yürüdürsünüz. Yaxşı bəs Rauf Əliyevi hansı məntiqlə transfer etmişdiniz? Elvin Yunuszadə və Mirhüseyn Seyidov haqqında danışırsınız. Bu gün ölkə xarıcində olan Ruslan Qurbanov "Neftçi"də çıxış edəndə nə qədər məvacib alırdı? Zəhmət olmasa onunla Mirhüseynin maaşını müqayisə edin. Ya da elə Elvinin. Açıqlayın görək nə üçün Mirhüseyn və Elvin Ruslandan 5 dəfə çox maaş alırdı? Duruxdunuz? Dubl 2. Olur belə şeylər. Amma mən sözümü bitirməmişəm. Çingiz Abdullayevin kitabı dünyada 28 milyon tirajla satılıb. Siz "Neftçi"-70 kitabını hara yaymısınız?  "Neftçi"ni tənqid edən qəzet başlıqlarını görəndən sonra "yenə özümü tankın altına atdım" deməklə alqış qazanmağı özünüzə həyat devizi seçmişdiniz.

Bilirsiz, "Neftçi"nin üstündən qara buludlar çəkilir. Ola bilsin ki, ortada nəticə yoxdu amma insanlar güvənməyə, etibar etməyə, özlərinin nəsə əhəmiyyət kəsb etdiklərinə inanmağa başlayıblar. Artıq işçilərlə hesablaşırlar. Bu bilirsiz nə deməkdir? Məncə yox. İndi daha az işləyən çox işləyəndən üstün deyil. İndi qohumluq bağları rol oynamır. İndi hamının mədəsi eynidir. Futbolçular brahma, işçilər isə yetim hindliyə bənzəmir. Klub google-u google-da yazıb axtaranlardan təmizlənir. İnsanlara intellektinə, dünya görüşünə, savadına görə qiymət verilir. Premiya alan və almayanlar sinfi artıq mövcud deyil. Nazim Hikmət demiş hər kəs evdən işə, işdən evə tələsir. Hamının ailəli olduğunu başa düşürlər. Ailə, семя, family.

 Nə isə burda dayanım...hələlik...

Hacı Mərdan





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right