Verin, bıçağınızın ağzını da mən oxuyum YAZI

Elə bil ki, birdən vəh gəldi - axı qurban kəsmək lazımdı. Bir halda ki, İslam Oyunlarında iştirak edirsən, deməli, qalib gəlmək üçün qurban kəsmək mütləq vacibdi. Dar macalda qurbanı tapmaq o qədər də çətin olmadı. “Allahu Əkbər” deyib, jurnalistə tərəf cumdular. Bu vaxt həmişəYAŞAR əmirlərinin səsi gəldi: “Tələsməyin, əvvəlcə niyyət tutun, qurban deyin. Niyyətimiz qəbul edilsə, qurbanımızı da kəsərik”.
 
Əmirin sözlərindən sonra “xəlifə əsgərləri” jurnalisti qurban kəsməyi təxirə saldılar. “Xəlifə əsgərləri” niyə məhz jurnalisti qurban kəsmək istəyirdilər? Allah tərəfi danışsaq, buna tam haqları da çatır. Özü də təkcə bir yox, bütün jurnalistləri qurban kəsməyə. Səbəbini deyəcəm.
 
Böyüklüyünə şükür, ilahi. El(in)nur(u) adlı da futbolçu olar? Kərəminə şükür, Allah, Azərbaycanda olarmış demə. İslam Oyunlarında özünü “xəlifə əsgəri” hesab edən El(in)nur(u) Portuqaliya və Xorvatiyada qığmərə oyunu ilə məşğul olubmuş demə. Azərbaycanda isə ondan futbolçu qayırıblar. Qüdrətinə şəkk edən kafərdi, Allah! Portuqaliyada və Xorvatiyada qığmərə oyununun ustası olan bu adamları Azərbaycanda futbol ustası kimi təqdim edənlər kimlərdi? Jurnalistlər! Jurnalistlər futbolun içinə haram qatıblar, futbolu gözdən salıblar, futbolu ələ salıblar. Ələ sala-sala da əldən salıblar futbolu. Onların “xəlifə əsgərləri” tərəfindən qurban kəsilməsi hökmdü. Artıq niyyət yerinə yetib. HəmişəYAŞAR əmirin rəhbərliyi altında “xəlifə əsgərləri” İslam dünyasını fəth ediblər. İndi qurbanı kəsmək vacibi mütləqdi. O, qurbanlıq jurnalistlər, o da siz. Kəsin, qurbanınız qəbul edilsin. Verin, bıçağınızın ağzını da mən oxuyum: Bismillah Rəhmanir Rəhim...
 
P.S. Avropa Liqasının finalında “Ayaks”ı məğlub edən “Mançester Yunayted”in qələbəsinə erməni futbolçu Henrik Mxitaryan vurduğu qolla böyük töhfə verdi. Yəni sizə hələ də aydın deyil ki, bir futbolçu kimi Mxitaryanın ayağının tozu da deyilsiz? Əbləhlər!
 
Natiq Muxtarlı, Komanda.Az




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right