Çingiz Abdullayevin 1937-ci əsəri

Azərbaycan Premyer Liqasının 3-cü turunda “Qarabağ”a uduzan (0:3) “Neftçi”nin baş məşqçisi Vəli Qasımov oyunsonrası mətbuat konfransında fikirlərini bildirib. İnsafən, onu deyim ki, Vəli Qasımov bu dəfə çox maraqlı danışıb. Hətta adamı düşündürəcək qədər maraqlı. Məsələn, deyib ki, “bu məğlubiyyətə görə, azarkeşlərimizdən üzr istəyirəm”.

Hansı azarkeşlərdən? Bax, indi gəl bu sualın cavabını tap, görüm necə tapırsan? Vəli müəllimin fikirləri adamı istər-istəməz düşünməyə vadar edir. Ona görə də onun maraqlı danışdığını iddia etdim. Adamın başının üstündə Allah var axı. Hə, indi gedək o azarkeşləri axtaraq. Vəli Qasımovun üzr istədiyi azarkeşləri deyirəm ey. Tapsam, mükafatımı Çingiz Abdullayevin göndərəcəyinə də əminəm.

Küsdürüb, stadiondan uzaqlaşdırdığınız azarkeşləri deyirsiz, Vəli müəllim? Bəlkə polisə şikayət etdiyiniz azarkeşlərdən üzr istəyirsiz, Vəli uçitel? Yəqin ki, Çingiz Abdullayev sizə belə müraciət edir.  O da yəqindir ki, dünyada ilk dəfə azarkeşlərini polisə verən də elə sizin klubdu. Çox güman ki, Çingiz Abdullayevin 1937-ci əsərinin qəhrəmanına məxsusdur bu ideya. Böyük səbirsizliklə o əsərin çap olunmasını gözləyirik. İdeyadan görünür ki, maraqlı əsərdi.

Vəli məllim , “Neftçi” rəhbərliyinin azarkeş sevgisindən çox mütəəssir oldum.  Amma “Qarbağ” - “Neftçi” oynu zamanı, “Əlincə Arena”da sizin üzr istədiyiniz o azarkeşləri  görən olmadı ey. Mətbuata qarşı göstərdiyiniz ciddi davranışdan bir "çimdik" də futbolçularınıza qarşı  göstərsəydiz, ikinci heyətlə meydana çıxan yorğun “köhlən atlar” sizi nalın altında qoymazdılar axı. Onda həmin qarşılaşmada azarkeşlər də olardı. Onda sizin heç üzr istəməyinizə də ehtiyac qalmazdı. Onda Çingiz Abdullayev özünün 1937-ci əsərini yazmaq üçün evində oturardı, qarşısında da pürrəngi çay. Daha stadionlarda gün keçirib, “ağ-qara” klubun qara danlağını qəbul etrməzdi. “Neftçi”nin  azarkeşləri Azərbaycanın hər yerində var. Amma sizin komandanızın - bu komandanın azarkeşi heç yerdə yoxdur. Maraqlıdır ey, bəs onda Vəli müəllim kimdən üzr istəyib? Vallah, billah, bu suala cavab vermək mənlik döyül. Çingiz Abdullayevin 1937-ci əsərini gözləyək. Bəlkə orda bu suala cavab tapıldı.

Hacı Mərdan 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right