Bizim Hacı

Onun adı Mərdan olsa da, bizlər demək olar həmişə Hacı deyə müraciət edirik. Müqəddəs Həcc ziyarətində olmuş həmkarımız idman mediamızın Hacısıdır. Arrtıq onun da həyatında 1 il arxada qaldı. Bəli, Hacı Mərdan bu gün ad günüdür. Gözəl insan olan həmyaşıdımın, bizim Hacının 36 yaşı tamam olur.

Cəlilabadan torpağının dəyərli nümayəndəsi olan Mərdan son illərdə yaratdığı Newsport.az saytının baş redaktoru kimi tanınsa da, mətbuata gəlişinin indilələr gedib çıxmır. Hələ illər öncə idman qəzeti buraxan Mərdanın bu sahədə təcrübəsi olub. İnternet mediasının geniş vüsət olduğu o da öz saytı buraya qonaq gəldi, futbolumuzun, idmanımızın işıqlanadırılmasının yolunun yolçusu oldu. Təbii k, bu işdə bol-bol uğurlar arzulayırıq.

Tam səmimi deyirəm, Mərdan idman mətbuatında ən çox xətrini istədiyim insanlardan biridir. Biz bir-birimizi hələ 14-15 il öncə tanısaq da, yaıxndan tanışlığımız məhz inetrnet mediasındakı fəaliyyəti dövrünə təsadüf etdi. Onda olan yüksək insani keyfiyyətlərə ilk vaxtdan dəyər verdim. Gözəl ailə tərbiyəsi görən bizim Hacı mərifəti, qanacağı, mədəniliyi ilə seçilir. Müəllim sözünə böyük dəyər verir. Özündən böyük, təcrübəsi çox insanlara “müəllim” deyə müraciət etməyi üstün tutur.

Hacının ən gözəl xüsusiyyətlərindən biri sadəliyidir. Özündənrazılıqla, lovğalıqla qətiyyən arası yoxdur. Mehriban, səmiliyi, gülərüzlüyünə isə söz ola bilməz. Mərdan pozitiv insandır, müsbət aurası var. Onun yanında olanda müsbət enerji alırsan. Səbəbkar həm də yaxşı dost, yoldaş, həmkardır. Mübariz olan Mərdan həmkar həmrəyliyinə önəm verməsiylə seçilməsi ona başucalığı gətirir. Bir sözlə, Mərdan hacılara layiq olan gözəl insani keyfiyyətləri özündə cəmləşdirməlidirlər.

Səbəbkar bir vaxtlar futbolla məşğul olduğundan yaxşı futbol oynamağı bacaran jurnalistlərdəndir. Voleybol, şahmata da marağı var, jurnalistlərin turnirlərinə qatılır. Mərdan səfərlərdə olduğumuz müddətdə "Mafiya" oyununun ən fəal iştirakçılarındandır. Necə deyərlər, quşu gözündən vurur. O, mətbuat konfranslarında aktiv olur, onu maraqlandıran sualı mütləq verir. Mərdan bizlər kimi "Barsa"lıdır. Sevimli komandamızın "Real"la son "El Klasiko"da qazandığı, özü də Madriddə qazandığı parlaq qələbəyə necə sevindiyini təsəvvür edirəm.

Hacı klublarımızın uğurlarına ürəkdən sevinənlərdən biridir. Qəbələyə işlə bağlı tez-tez yolu düşən Mərdanın budəfəki ad günü xüsusi bir günə təsadüf edir. Axı Avropa Liqasının qrup mərhələsində təmsilçilərimiz olan “Qarabağ”la “Qəbələ”nin 1/16 finala çıxmaq perspektivinə böyük ölçüdə məhz bu gün aydınlıq gələcək. Təbii ki, səbəbkarın ad gününə ən gözəl hədiyyə onların qələbəsi olacaq. İnşallah, buna nail olarıq.

Hacı, ad gününə təbriklərimizi uzaq Ellada diyarından, Mustafa Kamal Atatürkün anadan olduğu Saloniki şəhərindən göndərirəm. Bu təbrikə səni çox istəyən həmkarların, dostların da qoşulur. Bunlar Anar HaciyevIlkin XalilovGündüz AbbaszadəIbrahim FutbolxeberElchin JalilovJalilov QanbarTengiz MamedovMirbagiraga JafariRovshan Ahlimanoglu,Emin SeferovRustam PiriyevElnur HamidovElmir Aliyev,Mirağa Mirəzyev, Vusal Huseynvə azerisport İmrandır. Hamımızın adından doğum gününü səmimi qəlbdən təbrik edir, sənə can sağlığı, uzun ömür, gözəl balalarının xoş günlərini görməyi arzulayıram.

Ad günün mübarək, Hacı!

Mehman Süleymanov. Saloniki 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right