PSJ-nin yarımmüdafiəçisi İngiltərəyə qayıtdı

PSJ-nin futbolçusu İdrissa Qeye karyerasını yenidən İngiltərədə davam etdirəcək.

Newsport.az-ın məlumatına görə, seneqallı yarımmüdafiəçi "Everton"a transfer olacaq. Xarici medianın yazdığına görə, 32 yaşlı futbolçu tibbi müayinədən keçmək üçün Mersisayda gedib. Onunla yaxın günlərdə müqavilə imzalanacaq.

Qeyd edək ki, İdrissa Qeye PSJ-yə 2019-cu ilin yayında "Everton"dan transfer olunub. Təcrübəli yarımmüdafiəçi son mövsümdə parislilərin heyətində meydana çıxdığı 33 matçda 4 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right