"Spartak" azarkeşlərin istəyinə görə loqonun dizaynını dəyişib

Rusiyanın "Spartak" (Moskva) klubu yenilənmiş loqosunun dizaynında dəyişikliklər edib.

Newsport.az Moskva təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, paytaxt klubu azarkeşlərin fikirlərinə diqqət yetirdiklərini və çoxsaylı şərhləri nəzərə aldıqdan sonra bu addımı atdıqlarını bildirib.

"Qırmızı-ağlar" loqodakı topun xəttini bağlamaq qərarına gəldiklərini vurğulayıb.

Bundan əlavə, "Spartak" klubun yüz illiyi şərəfinə xüsusi emblem də təqdim edib. Burada isə retro topdan istifadə olunub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right