İzmirdəki zəlzələyə görə 4 oyun təxirə salındı

Türkiyə Futbol Federasiyası İzmirdəki zəlzələ səbəbindən bəzi oyunları təxirə salıb.

Newsport.az-ın məlumatına görə, bunlar ölkə çempionatının 7-ci turunda keçirilməsi planlaşdırılan "Göztepe" – "Alanyaspor", 1-ci Liqada i"Menemenspor" - "Ankaraspor" , "Altınordu" - "Bandırmaspor", 3-cü liqada isə "Bergama Belediyespor" - "Kozan Spor" görüşləridir.

4 matçın hamısı oktyabrın 31-də oynanılmalı idi.

Xatırladaq ki, bu gün Türkiyənin İzmir əyalətində baş verən 6,6 bal gücündə zəlzələ nəticəsində 4 nəfər ölüb, 120 nəfər yaralanıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right