"Golden Boy" mükafatına namizədlər

İtaliyanın "Tuttosport" nəşri Avropada ilin ən yaxşı gənc futbolçusunə verilən "Golden Boy" mükafatına namizədləri açıqlayıb.

Newsport.az-ın məlumatına görə, Avropanın əsas liqalarında çıxış edən və yaşı 21-dən çox olmayan namizədlərin siyahısında 20 oyunçu yer alıb:

Mitçel Bakker (PSJ, Niderland), Eduardo Kamavinja ("Renn", Fransa), Conatan Devid ("Lill", Kanada), Alfonso Deyvis ("Bavariya", Kanada), Serjinyo Dest ("Barselona", ABŞ), Fabiu Silva ("Vulverhempton", Portuqaliya), Ansu Fati ("Barselona", İspaniya), Fil Foden ("Mançester Siti", İngiltərə), Rayan Qravenberx ("Ayaks", Niderland), Meyson Qrinvud ("Mançester Yunayted", İngiltərə), Erlinq Holand ("Borussiya" Dortmund, Norveç), Kallum Hadson-Odoi ("Çelsi", İngiltərə), Deyan Kulusevski ("Yuventus", İsveç), Rodriqo ("Real", Braziliya), Bukayo Saka ("Arsenal", İngiltərə), Ceydon Sanço ("Borussiya" Dortmund, İngiltərə), Dominik Soboslay ("Zalsburq", Macarıstan), Sandro Tonali ("Milan", İtaliya), Ferran Torres ("Mançester Siti", İspaniya), Vinisius Junior ("Real", Braziliya).

Qalib jurnalistlər arasında keçirilən səsvermənin nəticəsinə əsasən müəyyənləşəcək. Ötən il bu mükafatı Portuqaliya millisi və Madrid "Atletiko"sunun hücumçusu Joau Feliş qazanıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right