"İnter"dən Konteyə son şans

Antonio Kontenin “İnter”dəki gələcəyi bəlli olur. Newsport.az xəbər verir ki, komandanın Avroliqanın 1/8 final mərhələsindəki çıxışı baş məşqçinin taleyini bəlirləyəcək.

İspaniya klubu “Xetafe” ilə görüş Konte üçün həlledici olacaq. Əgər Milan təmsilçisi mübarizəni dayandırsa, onunla yolların ayrılacağı bildirilir.

İtaliya mətbuatı Kontenin əvəzinə ən güclü namizədin Massimiliano Alleqrinin olduğunu yazır. Hətta rəhbərliyin “Yuventus”un sabiq baş məşqçisinə etimad göstərdiyi bildirilir.  

Digər bir iddiaya görə isə Konte "İnter"dən ayrılsa, "Yuventus"un başına keçəcək. Turin təmsilçisinin hazırkı çalışdırıcı Mauritsio Sarrinin performansından razı olmadığı vurğulanır.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right