"Beş il idi ki, istirahət etmirdim" Qrizmann

"Barselona"nın futbolçusu Antuan Qrizmann bu mövsümün bərpası öncəsi oyunlara hazır olduğunu deyib.

Newsport.az İspaniya mətbuatına istinadən xəbər verir ki, fransalı hücumçu bildirib ki, koronavirus səbəbindən yaranan fasilə ona müsbət təsir edib:

"Komanda üçün əhəmiyyətli oyunçulardan  biri olmaq istəyirəm. Futboldan zövq almaq və komanda yoldaşlarıma bütün oyunlarda qalib gəlməsinə kömək etməyi hədəfləyirəm. Bu fasilə mənə kömək etdi, istirahət etməliydim. Beş il idi ki, zehni və fiziki cəhətdən istirahət etmirdim. Yenidən yaşıl meydanlarda oynamaq istəyirik, çünki uzun müddət oynamadıq. Komanda yaxşı hazırlaşıb".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right