Dünya çempionatına ev sahibliyi edəcək ölkə iyulun 25-də bilinəcək

2023-cü ildə keçiriləcək qadınlar arasında dünya çempionatını təşkil edəcək ölkənin adı iyulun 25-də müəyyənləşəcək.

Newsport.az xəbər verir ki, FIFA Braziliyanın koronavirus pandemiyasına görə turnirə ev sahibliyi etmək iddiasından geri çəkildiyini açıqlayıb.

Mundialı Kolumbiya, Yaponiya və ortaq şəkildə Avstraliya ilə Yeni Zelandiya təşkil etmək istəyir. İyulun 25-i FIFA-nın təşkil edəcəyi videokonfransda turnirin ev sahibi məlum olacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right