"Tottenhem"i tərk edir

"Tottenhem"in futbolçusu Yan Vertonqen böyük ehtimalla yayda İngiltərə klubunu tərk edəcək.

Newsport.az ESPN-ə istinadən xəbər verir ki, London təmsilçisi 33 yaşlı müdafiəçi ilə bu ilin iyununda başa çatacaq müqavilənin müddətini uzatmaq istəmir. Bildirilib ki, klub oyunçuya həftəsinə 70 min funt sterlinq təklif etməyə hazır deyil.

Qeyd edək ki, Y.Vertonqen 2012-ci ildən "Tottenhem"də oynayır.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right