Sabiq "Neftçi"li Slovakiya klubunda

“Neftçi”nin sabiq baş məşqçisi Anatoli Demyanenkonun yeni iş yeri müəyyənləşib.

Newsport.az-ın məlumatına görə, ukraynalı mütəxəssis bundan sonra Slovakiyanın “Nitra” klubunu çalışdıracaq. 7 il sonra baş məşqçiliyə qayıdan 60 yaşlı mütəxəssisin qarşısına komandanı elitada saxlamaq tapşırığı qoyulub.

“Nitra” 18 turdan sonra topladığı 15 xalla 12 komanda arasında 11-cidir.

Demyanenko 2008-ci ildə “Neftçi”nin baş məşqçisi olub. O, 2013-cü ildən çalışmırdı.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right