"Liverpul"da ciddi itki

"Liverpul"un klublararası dünya çempionatın "Flamenqo"ya 1:0 hesabıyla qalib gəldiyi final oyununda zədələnən futbolçusu Aleks-Oksleyd Çemberleynin vəziyyətinə aydınlıq gəlib.

Newsport.az-ın məlumatına görə, ingilis yarımmüdafiəçi ilin qalan iki oyununda iştirak etməyəcək. Ayaq biləyindən zədə alan futbolçu "Lester Siti" və "Vulverhempton"la matçları buraxacaq.

Bu mövsüm Mersisayd klubunun heyətində 21 oyun keçirən futbolçu 5 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right