Portuqaliya klubu Dadaşovun keçidini açıqladı

İngiltərə Premyer Liqa təmsilçisi "Vulverhempton" Portuqaliyanın "Eştoril" klubundan Azərbaycan millisinin hücumçusu Renat Dadaşovu transfer edib.

 

Newsport.az klubun saytına istinadən xəbər verir ki, 20 yaşlı forvardla 4 illik sözləşmə imzalanıb. "Canavarlar" Renatı Portuqaliya Premyer Liqa təmsilçisi "Pasuş de Ferreira" klubuna icarəyə verib. Dadaşov Portu təmsilçisində 1 mövsüm çıxış edəcək.

 

"Çoxlu qol vurub, komandanın yaxşı mövsüm keçirməsinə yardımçı olmağı ümid edirəm. Bundan əlavə, Premyer Liqada şans qazanmağa və təcrübə əldə etməyə ümidiyəm", - deyə forvard söyləyib.

 

Renat 2018-ci ildə Frankfurt "Ayntraxt"ından "Eştoril"ə keçmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right