"Lion"dan 30 milyon avroluq transfer

Fransanın "Lion" klubu yeni transferini açıqlayıb.

Newsport.az-ın məlumatına görə, "şirlər" "Sampdoriya"nın danimarkalı müdafiəçisi Yoakim Anderseni transfer edib. Bu keçid üçün İtaliya klubuna 30 milyon avro (24+6) ödənilib. 23 yaş futbolçu ilə beş illik müqavilə imzalanıb.

"Sampdoriya" danimarkalı oyunçunu 2017-ci ildə "Tvente"dən transfer etmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right