Neymarın təcavüz davasının görüntüləri yayıldı

Fransanın PSJ klubunun və Braziliya millisinin üzvü Neymarın Parisdə qadına qarşı təcavüz etdiyi ilə bağlı iddialar barədə yeni video yayılıb.

Newsport.az-ın məlumatına görə, təcavüzə qaldığını iddia edən Najila Trindade oteldə 27 yaşlı futbolçuya hücum çəkib. Braziliyalı model Neymara hücum çəkərkən bir gün öncə döyülüyü üçün bunu etdiyini deyib.

"Səni niyə döydüyümü bilirsən? Səbəbini bilirsən?" şəklində danışan qadına Neymar "Etmə, bunu etmə" cavabını verir.

Daha sonra Trindade "Çünki dünən mənə hücum etdin" deyərək, futbolçuya hücum çəkməkdə davam edir. Videonun geridə qalan hissəsində nələr baş verdiyi isə bəlli deyil.

Neymar ötən günlərdə verdiyi açıqlamada qadının tələsinə düşdüyünü bildirib:

"O gün yaşananlar kişi və qadının dörd divarda yaşadığı anlardan normal şeylər idi. Heç bir yanlışlıq yoxdur. Növbəti günlərdə mənə əvvəllər necə mesajlar yazırdısa, elə də etdi. Bir müddət onunla görüşmədim. Daha sonra təcavüz xəbərlərini gördüm. Bu, çox ağır iddiadır, ancaq insanlar nələr olub-olmadığını bilmədən xəbər yazırlar. Mənə tələ quruldu. Ancaq gələcəkdə bundan dərs çıxaracam. Belə insanlar şantajçıdır və bu yola pul qazanmağa çalışırlar. Bu vəziyyət tək məni yox, ailəmi də yaraladı. Mən dürüst insanam və bundan sonra da belə olacam".

Braziliyalı xanım Neymarla "Instagram"da tanış olub. Model mayın 15-i futbolçunun dəvəti ilə Parisə yollanıb. Neymarla otellərin birində görüşən Trindade futbolçunun sərxoş olduğunu və zorla cinsi əlaqəyə girdiyini demişdi.

 





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah