Albaniyada Panuççi dönəmi bitdi

Albaniya Futbol Federasiyası millinin baş məşqçisi Kristian Panuççi ilə yolları ayırıb.

Newsport.az saytının məlumatına görə, 45 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib. Albaniyanın AÇ-2020-nin seçmə mərhələsində evdə Türkiyə millisinə 0:2 hesabı ilə məğlub olmasından sonra federasiya belə qərar verib. Komandanı martın 25-də Andorra ilə keçiriləcək görüşə Ervin Bulku və Süleyman Mema hazırlayacaq.

Qeyd edək ki, italiyalı mütəxəssis 2017-ci ildən Albaniyanı çalışdırırdı.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right