Dünya çempionatı üçün 60 milyon dollar ayrılacaq

FİFA DÇ-2018-in Miras Proqramı çərçivəsində maliyyə ayıracaq.

Newsport.az xəbər verir ki, bu barədə Rusiyadakı turnirin təşkilat komitəsinin sədri Arkadi Dvorkoviç məlumat verib.

O bildirib ki, ali futbol qurumu bu proqram üçün 60 milyon dollar vəsait ayıracaq: "FİFA bu proqram çərçivəsində 60 milyon dollar ödəniş edəcək. Həmin məbləğ uşaq, qadın futbolunun, eləcə də infrastrukturun qorunması və inkişafına sərf ediləcək".

Qeyd edək ki, Rusiyadakı mundialın qalibi finalda Xorvatiya üzərində qələbə qazanan Fransa olub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right